Üç Ulduz Nişanı | |
---|---|
Triju Zvaigžņu ordenis | |
|
|
Ölkə | Latviya |
Tip | orden |
Status | təqdim olunur |
Deviz | "Per aspera ad astra" |
Statistika | |
Təsis tarixi | 25 mart 1924 |
İlk təltif |
|
Ardıcıllıq | |
Müvafiqdir | |
Vikianbarda əlaqəli mediafayllar |
Üç Ulduz Nişanı (Latış dili: Tiju Zvaigžņu ordenis)- Latviyada təsis edilən ordendir. 25 mart 1924-cü ildə Latviya Milli Məclisi tərəfindən təsis olunmuşdur. Devizi "Per aspera ad astra"dır ki, mənası "Çətinliklərdən keçib ulduzlara çatmaq" deməkdir. Orden Latviyada verilən ilk və ən yüksək dərəcəli ordendir.[1]
Lentlər | |||||
---|---|---|---|---|---|
Böyük Komandan Xaçı (zəncirli) | Böyük Komandan Xaçı | Böyük Zabit | Komandan | Zabit | Cəngavər |
Ordenin xaçı zərli kənarları olan ağ minadan təşkil olunmuş xaçdan ibarətdir. Xaçın ön tərəfinin mərkəzində mavi minadan təşkil olunmuş medalyon yerləşir. Medalyonun mərkəzində isə 3 ədəd qızıl beşguşəli ulduzu görmək olar. Əks tərəfində isə "Per aspera ad astra" və "Latvijas Republika — 1918.g.18. novembris" (Latviya Respublikası- 18 noyabr 1918) ifadələri yazılmışdır.
Ulduz birinci və ikinci dərəcəli nişanlarda olur. Birinci dərəcəli nişan və ikinci dərəcəli nişan (müvafiq olaraq böyük ulduz və kiçik ulduz) yalnız dizaynına və ölçüsünə görə fərqlənir. Ulduzlar mavi minalı medalyon və onun mərkəzindəki 3 ədəd qızıl ulduz ilə gümüşdən hazırlanan beşguşəli ulduz formasındadır. Onun kənarında "Par Tēviju" (Vətən üçün) sözləri yazılmışdır.
Zəncir yalnız Böyük Komandan Xaçında olur. Bu ordenlə isə nadir adamlar təltif olunur. Zəncirin üzərində svastikanı, üç ulduzu, şir və qrifonu görmək olar.
Fəxri orden bir qayda olaraq xaç təsvir olunan, öndən dəyirmi formada olan nişandır. Əks tərəfində isə "Par Tēviju" sözləri yazılmışdır. Onun kənarında palıd yarpaqlarından ibarət çələng təsvir olunub. Fəxri Orden qızıl, gümüş, bürünc olmaqla 3 sinfə ayrılır.